Xəbər lenti
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Qobustan və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz" (İB) məlumat yayıb.
"Qaz İxrac" İdarəsinə məxsus "Mozdok-Qazıməmməd" yüksəktəzyiqli magistral qaz kəmərinin 279-cu km-də, "Yeni Binə" QPS-də giriş kollektorunun fləns birləşməsində aşkarlanmış qaz sızmalarının ləğvi və "Zirə-Şimal DRES" magistral qaz kəmərində aparılacaq təmir işləri ilə bağlı 27.05.2024-cü il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək "Mərəzə", saat 10:00-dan isə "Yeni Binə-2 əhali", "Yeni Binə-1 sənaye","Zirə 4", "28 May sənaye", "Zirə Qəbul (Paralel)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır", - İstehsalat Birliyi xəbərdarlıq edib.
Qeyd olunub ki, "təmir işləri aparılan müddətdə Qobustan rayonunun (Mərəzə şəhəri daxil olmaqla rayonunun 12 kəndi, 130 qeyri-yaşayış sahəsi) bir hissəsinin, paytaxtın Xəzər rayonunun (Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, Zirə qəsəbəsi, Dübəndi, Dənizkənarı küçəsi və 35 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































