Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

4 kənd azad edildi: bundan sonra nə olacaq?

Tarix: 25-05-2024 09:24     Baxış: 3150 A- / A+

Sərhədlərin delimitasiya və demarkasiya prosesi gözləniləndən daha uzun çəkə bilər.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi yalnız masada konkret razılaşmanın əldə edilməsi yolu ilə delimitasiya və demarkasiyanın sürətləndirilməsinin mümkün olduğunu bildirib:
"Azərbaycan və Ermənistan arasında sözügedən proses yalnız Qazaxın dörd kəndi ilə bağlı həyata keçirilib. Bu da Azərbaycanın ciddi tələbi və təzyiqləri nəticəsində mümkün oldu. Amma digər istiqamətlərdə proses davam etmir. Tərəflər arasında delimitasiya və demarkasiya ilə bağlı danışıqlar aparılır, amma hələlik nəticə yoxdur. Hətta xarici işlər nazirlərinin Almatı görüşündə də bu istiqamətdə gözlənilən irəliləyiş əldə olunmadı. Ona görə də fikrimcə, sərhədlərin delimitasiya və demarkasiyası fiziki yox, siyasi prosesdir. Yəni fiziki proses olmadığı üçün biz onun hansı müddətdə yekunlaşacağını dəqiq hesablaya bilmirik. Amma siyasi razılaşma əldə olunsa, bunun bir neçə ay ərzində həyata keçirilməsi mümkündür. Əks təqdirsə isə proses çox uzun illər davam edə bilər".
Ekspert bildirib ki, hazırkı delimitasiya delimitasiyadan daha çox, Azərbaycanın 4 kəndinin işğaldan azad edilməsidir.
Qeyd edək ki, aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar