Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 17 minə yaxın şəxs qızılca peyvəndi vurdurub

Tarix: 24-05-2024 23:19     Baxış: 3173 A- / A+
Azərbaycanda 17 minə yaxın şəxs qızılca peyvəndi vurdurub - RƏSMİ
Azərbaycanda 17 minə yaxın şəxs qızılca peyvəndi vurdurub.
 
Bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
 
Qeyd olunub ki, ötən ilin sonundan etibarən ölkə ərazisində 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiə məqsədilə peyvəndlənmə işləri həyata keçirilir: "Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır. Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 16.699 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub".
 
Xatırladaq ki, vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb.
 
Qeyd edək ki, epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. moderator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar