Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tağı Əhmədova qarşı iki milyonluq iş məhkəmədə

Tarix: 24-05-2024 21:14     Baxış: 3148 A- / A+


   
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova iki milyon manat dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır.
Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.
İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin iki milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb və onun işi üzrə artıq hökm çıxarılıb.
Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov iki milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
İş materiallarında iddia olunur ki, təqsirləndirilən Səadət Xəlilov iki milyon manatı 200 min, 800 min və bir milyon manat olmaqla, üç dəfəyə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən alıb.O, Tağı Əhmədovun dostudur.
Səadət Xəlilov isə bildirib ki, o, pulu Tağı Əhmədovdan alıb, Soltan Əliyev sadəcə vasitəçilik edib:
"Tağı Əhmədov pulu sələmlə vermişdi, əvəzində ona aylıq faiz ödəyirdi".
Tağı Əhmədov özü də bu iş üzrə istintaqda şahid qismində dindiriləndə pulun ona məxsus olduğunu etiraf edib.
Səadət Xəlilov və vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb ki, Tağı Əhmədov çağırılıb dindirilsin. Onunla Səadət Xəlilov arasındakı telefon danışıqları araşdırılsın. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib. Təqsirləndirilən şəxs və vəkili də bundan narazı qalıb.
Səadət Xəlilovun vəkili məhkəmədə bu işi araşdıran hakimlər kollegiyasına etiraz verib.
Vəkil bildirib ki, məhkəmədə bu cinayət işinin obyektiv, hərtərəfli araşdırılması, Səadət Xəlilovun müdafiəsi məqsədilə verilən vəsatətlərin heç biri təmin olunmayıb. İş üçün çox əhəmiyyətli olsa da, Tağı Əhmədov dindirilməyib.
Məhkəmənin hazırlıq iclası mayın 27-də keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar