Xəbər lenti
Sabiq deputatın bağ evini sökdülər
Manevr.az xəbər verir ki, bunu Teleqraf.com-a sabiq deputat Hacı Qalib Salahzadə bildirib.
O qeyd edib ki, onun bağı Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun bağının qonşuluğunda yerləşir: “Bağımda 3 ev var, hamısı da mənim adımadır. 20 il əvvəl 500 min manata almışam. Fərhad və Ağaismayıl adlı həmin şəxlər bu gün də sağdırlar. Ağsaqqalların iştirakı ilə onların hər birindən halallıq almışam. 15 ildir ki, bağın qaz, işıq, su xətləri var, istifadə olunub. Qanunla heç kəsin ixtiyarı yoxdur ki, mənim bağımın hasarlarını söksün, oranı əlimdən alsın. Bağın sənədi var. Köhnə bələdiyyə qərarıdır. Etiraf edirəm ki, mənim də səhlənkarlığım olub. Vaxtında çıxarış düzəltdirməmişəm. Çünki mən köhnə kişilərdənəm. Kişi sözünə dəyər verən, inanan biriyəm. Adil Vəliyev mənə dedi ki, sən özünü qoçu hesab edirsən? Cavab verdim ki, qoçu sənsən, yoxsa mən? Təbii ki, mən ona ağır cavab vermədim. Düşünürəm ki, onun məqsədi məni təxribata çəkmək idi, amma getmədim. Bu günün sabahı da var. Məndən aldıqları torpaqları gec-tez özümə qaytaracaqlar”.
Qalib Salahzadə onu da bildirdi ki, bağının guya ərazidə bulvar salınacağı üçün sökülməsi barədə deyilənlər yalandır: “Orada bir çoxlarının bağı var. Ancaq təkcə mənim bağımı sökürlər. Hələ 2013-cü ildə Adil Vəliyev yeni icra başçısı təyin olunanda əraziyə gəlib mənə “öyüd-nəsihətlər” verdi. Onda da mən ona ağır söz demədim. Görünür, onun və digərlərinin mənim torpağımda gözləri qalıb.
Q.Salahzadə Bilgəh qəsəbəsindəki bağ evinin də hələ də ona qaytarılmadığını dedi: “Milli Məclisin keçmiş sədri Rəsul Quliyevdən aldığım həmin bağı evini müəyyən adamların əli ilə Ağasif Şakiroğlu adlı partiya sədri ələ keçirdi. O da həmin torpaq sahəsinin 80 sotunu kənd icra nümayəndəsi, başqa bir yüksək vəzifəli şəxsin yaxın adamına verib. Ancaq mən bu gün də inanıram ki, gec-tez haqq-ədalət özü yerini tutacaq və torpaq sahələrim özümə qaytarılacaq”.
Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev Bilgəhdə baş verənlərlə bağlı Musavat.com-a bildirib ki, zəbt olunmuş ərazi qanuna uyğun olaraq tikililərdən təmizlənib: "Hacı Qalib adlar çəkir, amma mənə heç kim zəng etməyib, heç kim də heç nə deməyib. Biz ötən il də o ərazidə abadlıq işləri apardıq, oradakı özbaşına tikililəri sökdük. Bəzilərinə hətta kompensasiya da verdik. Vaxtilə bələdiyyə sədri olub, icra nümayəndəsi də onun adamları idi. Dövlətin qanunu müqəddəsdir, qanun qarşısında boynumuz qıldan incədir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar