Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Quru sərhədləri ilə bağlı AÇIQLAMA

Tarix: 22-05-2024 15:35     Baxış: 3100 A- / A+
Quru sərhədləri ilə bağlı AÇIQLAMA
2020-ci ildən ölkəmizdə quru sərhədlərin bağlı olması səbəbindən turizm sektorunda müəyyən dəyişikliklər baş verib. Belə ki, sərhədlərin bağlı olması həm yerli turistlərin xaricə çıxışında, həm xarici turistlərin ölkəmizə gəlməsində problem yaradır. Təyyarə ilə səfərlərin baha olması isə bir çoxlarının ölkə xaricinə çıxışına mane olur.
Quru sərhədlərin bağlı olması Azərbaycana gələn turistlərin və yerli turistlərin xaricə çıxmasına necə təsir edir? Məsələn, bu illər ərzində quru sərhədlərin bağlı olması turizm sektoruna necə təsir edib?
Manevr.az bildirir ki, mövzu ilə bağlı redaktor.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, sərhədlərin bağlı olması ölkəyə gələn turistlərin sayına təsir edir, eyni zamanda Azərbaycan vətəndaşlarının ölkədən çıxış sayına təsir edir:
"Çünki statistik olaraq da ölkəyə gələn və gedən marşurutlar daha çox qonşu ölkələrdən gəlirdi. Qonşu ölkələrdən gəldikləri üçün yerüstü nəqliyyat vasitəsi ilə giriş-çıxış daha çox olurdu. Görünən də odur ki, daha o ölkələrdə turistlərin sayı, statistikası daha tez bərpa olundu ki, həmin ölkələr daha açıq siyasət yürütdülər, istər vizaların sadələşdirilməsi, bütün sərhədlərin açılması və s istiqamətlərdə. Quru sərhədlərinin açılması, başqa baryerlərin götürülməsi ilə əlaqədar olaraq həmin ölkələrə daha çox turistlərin gəlib-getməsinə səbəb oldu. Biz də bildiyimiz kimi, müharibə şəraitindən çıxmış bir ölkə kimi, eyni zamanda bu pandemiyadan sonrakı dövrdə istər cənub qonşularımızla, istər Ermənistanla müəyyən gərginliklərin fonunda hansısa səbəblərdən quru sərhədin açılması hələ ertələnib. Amma təbii ki, bunun yanında müəyyən işlər də görülürdü. Çünki ümumi turizmdə bu illər ərzində artım var".
Ekspert vurğulayıb ki, statistik olaraq ildən ilə gələn turistlərin sayı artıb.
"Bu da onun nəticəsində olur ki, daha çox ölkələrlə birbaşa uçuş xətləri bərpa olunur. Uçuşların bərpası, eyni zamanda ucuz hava daşıyıcılarının bazara girməsindən, birbaşa şəhərlərarası uçuşların sayının artırılması gələnlərin sayına təsir edir. Eyni zamanda uçuşların tezliyi artırılıb. Yəni həftədə bir dəfə olan uçuşlar artıq dörd dəfə olur. Yaxud da bəzi ölkələrlə, məsələn, Özbəkistan kimi ölkələrlə həftənin hər gün uçuşlar olur. Hətta bəzi günlər iki dəfədir. Bütün bunlar fonda artım yaradır. Amma gələcəkdə quru sərhədlərinin açılması da buna təsir edəcək və ümumi ölkəyə gələn əcnəbilərin və xaricilərin də sayının ciddi şəkildə artmasına yardım edəcək. Keçən il xaricə iki milyona yaxın Azərbaycan vətəndaşı gedib, amma 2019-cu ildə bu rəqəm 5.5 milyon idi. Bu onu göstərir ki, quru sərhədlər açıq olanda daha çox insan ondan istifadə edirdi. Qonşu ölkələrə daha ucuz başa gələn səfərlər edərdilər, yerüstü nəqliyyatla gedib oradan uçuşlar həyata keçirirdilər. Ümumi mənzərə budur. Amma quru sərhədləri açıldıqdan sonra bu hava xətlərinin də daha liberallaşması, ucuz hava daşıyıclarının bazara onlara daxil olması, uçuşların intensivliyinin artması öz fonunda ümumi artıma təsirini göstərəcək", - deyə Ceyhun Aşurov bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar