Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-də azərbaycanlı qadının əl işləri təqdim olundu - Şəkillər

Tarix: 21-05-2024 21:51     Baxış: 3117 A- / A+
abs-de-azerbaycanli-qadinin-el-isleri-teqdim-olundu
ABŞ - Azərbaycan Ticarət Palatasında (USACC) Kanadada yaşayan Aynur Cahanın milli motivlər əsasında hazırladığı zinət əşyalarından ibarət kolleksiya təqdim olunub.

Təqdimatda ABŞ ictimaiyyət nümayəndələri və Vaşinqtonda yaşayan azərbaycanlılar iştirak edib.

Palatanın icraçı direktoru Natiq Baxışov sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib və Aynur Cahanın əsasən milli motivlərdən ibarət bəzək əşyaları hazırladığını diqqətə çatdırıb.

Aynur Cahan çıxışı zamanı bildirib ki, xaricdə yaşadığı dövrdə Azərbaycanı təmsil edəcək naxışlardan ibarət kolleksiya yaratmaq arzusunda olub və 8 il əvvəl bu arzusunu reallaşdırıb. Onun sözlərinə görə, bu naxışlar əsasən Azərbaycan xalçaları üzərində olan motivlərdir:

“Yaratdığım kolleksiyalardan birinin üzərində Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidindəki motivlər əks olunub. Şuşa deyərkən ilk olaraq hər zaman xəyalımıza o məscid gəlirdi, qala-şəhərə gedəcəyimiz anı gözləyirdik. Bu arzumuzun gerçəkləşməsi, Qələbəmiz məni o qədər fərəhləndirdi ki, belə bir kolleksiya ərsəyə gətirməyə qərar verdim”

Müəllif bildirir ki, bu əşyalar əsasında o xaricdə Azərbaycan barədə, motivlərin hekayələri haqqında danışır. Qeyd olunub ki, zinət əşyaları arasında xarici ölkələrin motivləri əks olunmuş kolleksiyalar da mövcuddur.

Daha sonra qonaqlar kolleksiyalarla tanış olublar. azərtac 

Manevr.az 







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar