Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan da matəm elan edə bilərmi? - Aynur Camal

Tarix: 21-05-2024 14:19     Baxış: 4113 A- / A+
Azərbaycanda digər ölkələrdə baş verən faciəli hadisələrə görə matəm elan etmə praktikası yoxdur.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Aynur Camal İranda baş verən helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisi, XİN rəhbəri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin ölməsinə görə bəzi ölkələrin, o cümlədən qardaş Türkiyənin matəm elan etməsi haqda danışarkən deyib.
Politoloq bu məsələnin iki gündür sosial şəbəkədə həddən artıq çox müzakirə edilməsi haqda qeyd edib ki, ölkəmiz hər zaman faciə və fəlakətlə üzləşən dövlətlərin yanında olub:
“Əlbəttə ki, Azərbaycanda qonşu ölkələrdə baş verən faciələrlə bağlı matəm elan edilməməsi bu hadisələrə qətiyyən laqeyd yanaşdığı mənasına gəlmir. Xatırlayırsınızsa, ötən il 6 fevralda qardaş ölkəmiz olan Türkiyədə dəhşətli zəlzələ baş verdi, 50 mindən çox insan həlak oldu. Azərbaycan matəm elan etmədi, ancaq həm dövlət, həm də xalq olaraq zəlzələdən əziyyət çəkən qardaş-bacılarımızın yanında olduq. İlk xilasedici qrup Azərbaycandan getdi, xilasedicilərimizin necə fədakarlıqla çalışdığını qardaş ölkə mediası belə dəfələrlə tirajladı, xalq olaraq və dövlət səviyyəsində müxtəlif yardımlar göndərildi, Azərbaycan FHN-çiləri çadır şəhərciklər qurdu, Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi” isə ümumiyyətlə analoqu olmayan qardaşlıq rəmzidir.
İranda baş verən faciəyə görə də yardım təklifi ilə rəsmi müraciət edən ilk 3 ölkədən biri də Azərbaycandır. Cənab Prezidentin tapşırığı ilə FHN-in peşəkar komandası axşam saatlarında yola düşmək üçün tam hazır vəziyyətə gətirildi və gözləyirdilər, ehtiyac yaranacağı halda anında yardıma gedəcəkdilər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İran səfirliyinə getməsi və başsağlığını şəxsən çatdırmasının özü də bu məsələyə necə həssaslıqla yanaşdığımızın göstəricisidir.
Azərbaycan dövləti hər zaman qonşularında, hətta daha uzaq ölkələrdə baş verən faciələrdə öz humanist mövqeyi ilə seçilir. Bunun həddən artıq çox nümunəsi var. Ancaq dövlətçilik ənənəmizdə başqa ölkədə baş verən faciəyə görə matəm elan olunması təcrübəsi yoxdur. Buna görə də İranda dövlət rəsmilərinin həlak olmasına görə matəm elan olunacağını düşünmürəm. Buna baxmayaraq, Azərbaycan hər zaman faciə ilə üzləşən qonşu və dost ölkələrə yardımlarını da heç vaxt əsirgəməyib”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar