Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmş şair Əli Rza Xələfli əməliyyat olunub -ŞƏKİL

Tarix: 21-05-2024 13:12     Baxış: 3766 A- / A+

Tanınmış şair-publisist, Əli Rza Xələfli cərrahiyyə əməliyyatı keçirib. 
Manevr.az bildirir ki, bu barədə şairin dostu, həmkarı Nəzirməmməd Zöhrablı məlumat verib:
"Bütün klassik ədəbiyyatın yaxın dostu, "çağdaş ədəbiyyat cəfakeşi", şair-publisist,  ustad yazarımız, əsərlərində türk-islam dünyasının bütün cizgilərini abidələşdirən, "Kredo" qəzetinin baş redaktoru, əziz dostumuz Əli Rza Xələfli paytaxtda yerləşən "Kamal klinika"da böyrək əməliyyatı keçirib. Əməliyyatdan ayılandan sonra əvvəlki əzəməti ilə gurlayan səsini eşidib fotolarını paylaşıram ustad yazarımızın. Uca Yaradanın köməkliyi ilə bu sınaqdan da uğurla çıxar inşallah!
Azərbaycanımızın tarixi, ədəbi, mədəni, humanist dəyərlərinə, Qarabağ həsrətinə və nəhayət 44 günlük VƏTƏN SAVAŞINA, ZƏFƏRİMİZƏ onlarla əsər, yüzlərlə məqalələr həsr edən, iki döyüşçü nəvənin 70 yaşlı  babası, görkəmli yazarımıza dualarımızı əsirgəməyək!
Əziz ƏLİ RZA müəllim! Qarşıda öz ölməz əsərlərinizlə hələ görəcəyiniz, gözlədiyimiz çox işlər var. Uca Yaradanın pənahında olasınız, ustad!", Nəzirməmməd Zöhrablı vurğulayıb.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar