Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Tarix: 21-05-2024 12:25     Baxış: 3300 A- / A+


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müavini Anar İbrahimov Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalayıb.
Manevr.az xəbər verir ki, fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" və Agentliyin strukturu təsdiq edilib.
Qurum Naxçıvanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkil edilməsi, balansındakı su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.
Eyni zamanda həmin Fərmanla Agentliyin tabeliyində “Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb sədrə təqdim edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar