Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təbrizdə İran prezidenti ilə vida mərasimi başladı

Tarix: 21-05-2024 11:17     Baxış: 3143 A- / A+

Təbriz şəhərində İran prezidenti İbrahim Rəisi və onunla birlikdə həlak olan heyətin ilə vida mərasimi başlayıb.
Manevr.az trend-ə istinadən bildirir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
Vida mərasiminin Təbriz şəhərindən sonra yerli vaxtla saat 16-da İranın şimalında yerləşən Qum vilayətində ziyarətgahda, saat 21-də Tehranın İmam Xomeyni ibadət məkanında təşkil olunacağı gözlənilir.
Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi keçiriləcək.
Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.
23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.
23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida və dəfn mərasimi təşkil olunacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar