Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tayfa toyunda gəlinə 6 kilo qızıl verildi, 2 çamadan pul yığıldı

Tarix: 20-05-2024 22:49     Baxış: 4160 A- / A+
Tayfa toyunda gəlinə 6 kilo qızıl verildi, 2 çamadan pul yığıldıŞanlıurfada tayfa toyunda gəlinə 6 kilo qızıl verilərkən, halay edənlərin üzərinə dollar və lirə səpələnib.

İzol tayfasından olan iş adamı Mehmet Aydınlık və bankir Ayşegül Altuner həyatlarını birləşdirib. Şəhərdəki şadlıq sarayında keçirilən toya rayondakı tayfa başçıları və yüzlərlə insan qatılıb.

Karaköprü bələdiyyə başçısı Nihat Çiftçinin nikah kəsməsindən sonra qonaqlar rəqs edən cütlüyün və halayçıların üzərinə 1 dollar və türk lirəsi əskinasları səpiblər.
Dollar dəstələrinin və türk lirəsinin havada uçuşduğu toyda orkestrin təyin etdiyi 10 nəfər yerə atılan pulları toplayaraq torbalara qoyub.

Yerli yeməklərin təqdim edildiyi toyda gəlinin üzərinə xüsusi qutu və nimçələrdə gətirilən bilərzik, tac, kəmər, boyunbağı kimi zinət əşyaları taxılıb.

Qızılın ağırlığından yerindən tərpənə bilməyən gəlinə yaxınları kömək edərkən, qızıl taxmayan qonaqlar zaldakı sandığın içinə pul və qızıl qoyub, üzərində adları yazılmış zərfləri atıblar. Gecənin sonunda açılan qutularda olan zərflər iki çamadana doldurulub.

Rəngarəng görüntülərin yer aldığı toyda cütlüyün yaxınları qonaqlara tez-tez havaya atəş açmamaları barədə xəbərdarlıq ediblər. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar