Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı halda ölən şəxsin kreditini ailəsi ödəmir? - AÇIQLAMA

Tarix: 20-05-2024 21:58     Baxış: 4128 A- / A+
Hansı halda ölən şəxsin kreditini ailəsi ödəmir? - AÇIQLAMABir müddət öncə kommersiya banklarının birindən kredit götürüb yük avtomobili alan tanışım yol qəzasında dünyasını dəyişdi.

Bank isə onun götürdüyü 20 min manat krediti vərəsələrindən tələb etməyə başladı. Ailənin durumu yaxşı olmasa da, kreditin qaytarılması qaçılmaz idi. Tanışları və qohumları dünyasını dəyişən şəxsin vərəsəsinə maddi dəstək olaraq banka olan borcu qaytardılar. Belə halların sayı kifayət qədər çoxdur. Dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır.

İqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib: "Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur".

Bəs, kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Millət vəkilinin sözlərinə görə, istehlak krediti götürənlərin 95%-nin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər krediti götürən şəxs həyat sığotasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır:

"Bu baxımdan, kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir. Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödənişli olmasına baxmayaraq bu borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər".

"Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən şəxs dünyasını dəyişərsə, o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da, sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir", - deyə V. Bayramov əlavə edib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar