Xəbər lenti
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 424 581,29 manat vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Adil Sarı oğlu Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub. Vergi borcunun ödənilməsi üçün vaxt verilib.
Şirkət Dövlət Vergi Xidməti barəsində Bakı Apellyasiya Məhkəməsiniə müraciət edib. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, MTK-nın əsl sahibi şair Qaraxan Əkbəroğlu oğlu Yaqubovdur. O, “Dünya Şairlər və Yazıçılar İttifaqı”nın üzvüdür. İttifaq ilk dəfə 2 mart 2018-ci ildə Avstriyada rəsmi qeydiyyatdan keçib. Təsis qurultayında ittifaqının sədri şair Qaraxan Yaqubov seçilib. Onun 65 janrda seçilmiş şeirlər kitabı Nobel Sülh mükafatına təqdim edilib. Şair Qaraxan Əkbəroğlu bu günə qədər 116 janrda 8 şeir kitabı və bir roman yazıb. O, şeiriyyata xalq ədəbiyyatında və ədəbiyyatda olmayan 52 yeni janrda şeirləri ilə gündəmə gəlmişdi.
2020-ci ilə kimi şirkətin qanuni təmsilçisi, Qaraxan Yaqubovun yaxın qohumu Araz Eyvaz oğlu Yaqubov olub. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar