Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşa görə əmək pensiyası necə təyin olunur?

Tarix: 16-05-2024 20:30     Baxış: 3124 A- / A+
Yaşa görə əmək pensiyası necə təyin olunur?

Yaşa görə əmək pensiyası necə təyin olunur?
 
Manevr.az bildirir ki,  "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyasının bir növü də yaşa görə əmək pensiyasıdır.
 
Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri aşağıdakılardır:
 
Bu pensiyalar ömürlük təyin olunur;
 
Pensiya almaq hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmaqla (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) şərtləndirilir.
 
Pensiya yalnız qanunla müəyyən edilmiş yaş həddinə - kişilər 65 yaşına, qadınlar isə 63 yaşına çatdıqda təyin edilir.
 
"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq 2027-ci ildə kişi və qadınların pensiya yaşı eyni, yəni 65 yaş olacaq.
 
Qeyd: Əmək pensiyasının minimum məbləği 2023-cü ilin fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.
 
Yuxarıda qeyd olunanlar ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilmə şərtləridir.
 
Bundan əlavə güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilmə şərtləri də var. Lakin bu zaman güzəştli şərtlərlə təyin olunma şərtləri də ayrılıqda iki növə bölünür:
 
əmək şəraiti ilə əlaqədar olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyaları;
əmək şəraiti ilə əlaqədar olmayan güzəştli şərtlərlə yaşa görə əmək pensiyaları.
Əmək şəraiti ilə əlaqədar olaraq güzəştli şərtlər aşağıdakılardır:
 
Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə;
 
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə;
 
Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin: (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)

a) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri;
b) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
 
Aşağıdakı hərbi qulluqçuların: (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)
 
a) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
b) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
c) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
ç) hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular;
 
Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslər;
 
a) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);
b) cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər - kişilər - 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə, qadınlar - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmiş;
 
Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla)
 
Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla);
 
Əmək şəraiti ilə əlaqədar olmayan güzəştli şərtlər aşağıdakılardır:
 
Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır;Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların qanuna uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla;
 
Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmişanaların qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla;
 
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar