Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda qadın əlverişsiz havaya görə ambulansda uşaq dünyaya gətirdi

Tarix: 15-05-2024 14:10     Baxış: 3246 A- / A+


İsmayıllıda qadın əlverişsiz havaya görə ambulansda doğdu
Əlverişsiz hava şəraitinə görə doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Manevr.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata görə, İsmayıllı rayon Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı - əlverişsiz hava şəraiti səbəbindən avtomobil yolu keçilməz olduğuna görə Təcili tibbi yardım stansiyasına çağırış veriblər.
Çağırışa uyğun olaraq təcili tibbi yardım briqadası rayon mərkəzindən 21 km uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək, təcili yardım briqadasına təhvil verilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar təcili tibbi yardım briqadası doğuş prosesini elə yolda, təcili tibbi yardım avtomobilində gerçəkləşdirib.
Həkim-ginekoloq Afaq Mirzəyeva və mama İlhamə Adıgözəlovanın iştirakı ilə gecə saat 01:30-də doğuş prosesi yekunlaşıb və bir oğlan uşağı dünyaya gəlib.
Tibbi briqadadan verilən məlumata görə, gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən avtomobillə hər iki tərəfə keçid mümkünsüz olub.
Həkim-ginekoloq Afaq  Mirzəyeva:
"Həmin kənd körpüdən 9 km aralıda yerləşir. Hamilə qadını körpüyə kimi özləri şəxsi avtomobilləri vasitəsilə gətiriblər. Kənddən körpüyədək 9 km onlar gəliblər, xəstəxanadan körpüyə kimi isə bizim təcili tibbi yardım avtomobili gəlib. Təsəvvür edin ki, yaxınları hamilə qadını o cür yağışlı havada körpüdən piyada çətinliklə keçirdilər və bizə təhvil verdilər. Çox çətin bir vəziyyət idi, artıq uşağın doğuş prosesi gecikirdi və riskləri nəzərə alaraq doğuşu təcili yardım avtomobilində gerçəkləşdirdik".
Xəstəxanaya çatdırılan ana və körpəni Ginekologiya və doğum şöbəsinin tibbi heyəti müayinə edib. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
İsmayıllıda qadın əlverişsiz havaya görə ambulansda doğduİsmayıllıda qadın əlverişsiz havaya görə ambulansda doğdu




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar