Xəbər lenti
Etibar Məmmədov deputatlığa namizəd olacaq?

Manevr.az-ın məlumatına görə, bunu "AzPolitika”-nın sorğusuna cavab olaraq partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev bildirib.
Onun sözlərinə görə, ilkin namizədlərin müəyyənləşdirilməsi prosesi həm rayon təşkilatları vasitəsilə, həm də mərkəzi aparata birbaşa müraciətlər əsasında həyata keçirilir: "Artıq bəlli namizədlər var. İstəyirik ki, daha çox və şansları yüksək olan namizədlərlə seçkiyə qatılaq. Hazırkı vəziyyətdə hələlik neçə namizədlə seçkilərə qatılacağımızı deyə bilmərəm. Amma maksimum şəkildə çalışacağıq ki, seçkilərə öz dairələrində nüfuzu olan, ən əsası, namizəd olmaq istəyən üzv və ya tərəfdarlarımızla seçkiyə gedək. Əks halda, bu həm partiyanın gücünün parçalanmasına gətirib çıxarar, həm də artıq maliyyə israfına səbəb olar. Partiya özünün maliyyə və texniki imkanlarını, insan resurslarını rəqabətə davamlı namizədləri müəyyənləşdirib, onlara sərf etməyi planlaşdırır”.
AMİP-in fəxri lideri Etibar Məmmədovun seçkilərə qatılıb – qatılmayacağına gəlincə, E.Mustafayev deyib ki, bu barədə ancaq onun özü açıqlama verə bilər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar