Xəbər lenti
"Allahın möcüzəsidir": 16 ildir nə yemək yeyir, nə də su içir
Efiopiyalı bir qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir.
Muluwork Ambrauda adlı gənc qadın bir anda yeməyə ehtiyacını dayandırdığını iddia edir . O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son şey qırmızı mərci olub.
Macəraçı Drew Binsky unikal bir qadınla tanış olmaq üçün xüsusi olaraq Efiopiyaya gedib. Ondan yalnız bir sualın cavabını öyrənmək istəyib: "Bu doğrudurmu?"
Drew Binsky deyir: "Muluworkün qonaq otağına girmək başqa bir dünyaya getməyə bənzəyir. Divarlarda plakatlar və müxtəlif antik əşyalar var ki, bu da bizə onun uşaqlığının zaman kapsulunda ilişib qaldığını hiss etdirir".
Qadın vaxtının çox hissəsini bağçaya sərf edir. O, çoxlu tərəvəz yetişdirir. Bundan əlavə, daimi oruc tutmasına və heç vaxt aclıq hiss etməməsinə baxmayaraq, Muluwork yemək bişirməyi çox sevir.
Muluvork uzun müddət efiopiyalı həkimlər tərəfindən müayinə olunub, lakin üç illik müxtəlif testlərdən sonra onun sağlamlığının mükəmməl olduğu məlum olub. Eyni zamanda, onun mədəsində nə yemək, nə də su olmayıb.
Bu işi BƏƏ və Qətərdən olan mütəxəssislər də araşdırıblar, lakin onlar da səhv bir şey tapmayıblar. Qadının psixi durumu da normaldır. Hamiləlik zamanı uşağın qidalanması üçün ona qlükoza verilib.
Muluwork qeyri-adi vəziyyətinin "Tanrının işi" olduğuna inanır və bunun nə üçün başladığını bilmir. O, bir daha yemək yeyəcəyini düşünmür"- məlumatda deyilir. ölkə.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar