Xəbər lenti
Güzdəkdə vulkan püskürdü

13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.
Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib.
Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Vulkan püskürməsi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.
Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilmişdir.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar