Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu evlər ucuz qiymətə satışa çıxarıldı

Tarix: 09-05-2024 11:20     Baxış: 3163 A- / A+




Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçdükcə onlara dövlət tərəfindən verilmiş mənzillər mərhələli şəkildə satışa çıxarılır. Həmin mənzillərin satış qiymətinə nəzər salsaq, görərik ki, bu evlər ölkə ərazisində tikilən bütün çoxmənzilli yaşayış binalarında olduğundan daha ucuz qiymətə satışa çıxarılır. Yəni burada söhbət maya dəyərindən gedir. Həmin tikililər üçün torpaq sahəsi dövlət tərəfindən verilməsəydi, satış qiyməti daha baha olardı. Onlar dövlət tərəfindən verilən sosial evlər olduğuna görə satış qiymətində sadəcə tikinti və təmir xərcləri nəzərdə tutulur. Ona görə də qiymətlər münasibdir.
Manevr.az xəbər verir ki, bunu Bakupost az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söyləyib.
Onun dediyinə görə, bu tip yaşayış binaları daha çox mərkəzdən kənar ərazilərdə tikilib. Həmin ərazilər üçün qiymət normaldır. Bu mənzillər ucuz qiymətə uzunmüddətli kredit şərtləri ilə də satılır:
"Bakı şəhərində daşınmaz əmlak bazarında son illər qiymət artımları davam edir. Son üç ildə artımların daha çox olduğu müşahidə edilir. Bu cür layihələr təbii ki, aztəminatlı insanlar üçün mənzil sahibi olmağı əlçatan edir. Qeyd edim ki, tam təmirli bu mənzillər dövlətin sifarişi ilə tikildiyinə görə qaz, su, işıq və kommunikasiya xətləri və çıxarışla təmin olunub"..

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar