Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq - Günahkarın cəzası niyə azaldıldı?

Tarix: 09-05-2024 09:05     Baxış: 3166 A- / A+
"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cəzası azaldılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda onun cəzası bir il azaldılaraq 10 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

Təqsirləndirilən şəxs 177.4 maddəsi ilə özünü təqsirli bilmədiyini daha ağır cəza verilməsi üçün vurulmuş ziyanın məbləğinin şişirildiyini deyib.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun anası Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıblar. O, ümumilikdə Orxan Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polisə özü göstərib. Həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıblar. report

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar