Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zaqatalada dönərdən zəhərlənənlərdən 32 nəfəri evə buraxıldı

Tarix: 08-05-2024 14:41     Baxış: 3166 A- / A+

Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
"Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur", - deyə əlavə edilib.
Qeyd edək ki, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. Ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Xatırladaq ki, daha öncəki məlumatda zəhərlənənlərin sayının 15 olduğu bildirilirdi.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar