Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

COP29-la bağlı iki xəstəxana ayrıldı

Tarix: 06-05-2024 19:23     Baxış: 3142 A- / A+
COP29-la bağlı iki xəstəxana AYRILDI

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupu yaradılıb.
 
Manevr.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, COP29-un keçiriləcəyi məkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibb məntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək:
 
“Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardım briqadasının xidmət göstərməsi planlaşdırılır. Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayının məskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardım briqadaları fəaliyyət göstərəcək.
 
Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə Mərkəzi Neftçilər Xəstəxanası və Yeni Klinika ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında ümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi də yaradılacaq. Yeni Klinikada isə stasionar xidmət üçün 550 çarpayı nəzərdə tutulub. Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalı nəzərə alınaraq Məhəmmədi, Bilgəh və Kliniki Tibbi Mərkəzin nəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurət üçün uyğunlaşdırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar