Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

Qubad İbadoğluya elektron qandal taxıldı - Şəkil

Tarix: 06-05-2024 16:32     Baxış: 3612 A- / A+
Qubad İbadoğluya elektron qandal taxıldı - FOTO

Sumqayıt polisi barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun yaşadığı ünvana gələrək onun ayağına elektron qandal taxıb.

Manevr.az xəbər verir ki, bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Qubad İbadoğlunun ayağına elektron qandal taxılması məhkəmənin qərarını əsasında icra edilib. Bu, onun hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verəcək.

Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.

Ardınca Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar