Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

6-cı sinifdə məktəbdən çıxarıldı, 17 yaşında nişanlandı

Tarix: 06-05-2024 10:12     Baxış: 4282 A- / A+

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. 
Manevr.az xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. 
Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur.
Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin məktəblinin 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı  qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib: "Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar".
Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar