Xəbər lenti
15 yaşında evdən qaçdı, milyarder oldu
İrandan olan 48 yaşlı Bekki Fatemi, uşaqlığını çox kasıb keçirməsinə və hətta 15 yaşında evdən qaçmasına baxmayaraq, 8,3 milyard funt sterlinq dəyərində nəhəng biznes imperiyasının sahibi olub.
Gənc qadının necə sağ qalıb belə uğur qazanmasının təfərrüatlarını təqdim edir.
Bekki 1976-cı ildə pilot və tibb bacısı ailəsində anadan olub. Altı aylıq olanda qız London internat məktəbinə göndərilib.
Fatemi xatırlayır:
"15 yaşımda anama qarşı olduqca qəddar olan qardaşım və atamın ailədaxili zorakılığına görə evdən qaçdım".
O vaxtdan iranlı qadın özü çörəkpulu qazanmağı öyrənib.
"12 yaşımdan işləmişəm, ya yataqxanada, ya da dostlarımla yaşayırdım"
Bir vaxtlar o, hətta tualet təmizliyi ilə məşğul olsa da, ən pisi hələ qarşıda idi.
"Sevgililər günündə sevgilim həddindən artıq dozada narkotik qəbul etdikdən sonra intihar etdi. Biz onu bu bataqlıqdan çıxarmağa çalışsaq da, mümkün olmadı. Cəmi 27 yaşı var idi"- Bekki əlavə edir.
Qadının sözlərinə görə, həyatının ən pis anlarında, hətta yeməyə pulu belə olmayanda daha bir zərbə alıb. Ona ən yaxın olan - sevgilisinin, anası və atasının ölümü barədə məlumat verilib.
"Hamı öldü - ailədə heç kim övladımın böyüdüyünü görmədi. O qədər anlar oldu ki, yıxıla, intihar edə və ya həbsxanaya düşə bilərdim, amma mən ayaqlarım üzərində dik dayandım"- hal-hazırda oğlu 9 yaşında olan Bekki etiraf edir.
Bekki iddia edir ki, hər şey nə qədər pis olsa da, həmişə bir ümid işığı var. Dibdən 8,3 milyard funt sterlinqlik biznes imperiyasına keçən Bekki bunun canlı sübutu olduğunu deyir.
"Səkkiz aylıq hamilə ikən böyük riskə getdiyimi heç düşünmədim, ailəm olmadan mağaza icarəyə götürdüm. Qərar vermişdim, geri dönüşüm yox idi"-deyə Bekki sözlərini yekunlaşdırır. sfera.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar