Xəbər lenti
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir
Manevr.az xəbər verir ki, "Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulub. Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır. Hər il olduğu kimi, bu il də Bakı marafonunun fəxri iştirakçıları olub. Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışır.
2016-cı ildən 21 km məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçılarının sayının artması da yarışa olan marağın göstəricisidir. Builki marafonda da xüsusi qayğıya ehtiyacı olan şəxslər iştirak edir.
Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl pilates, fitness, yoqa, isinmə, boks, zumba, kardio üzrə məşqlər keçirilib, yarış zonasında yarışı dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilir.
Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar