Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Cahangir Hacıyev aclıq aksiyasına başladı

Tarix: 03-05-2024 15:12     Baxış: 3182 A- / A+


   
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev “Amerikanın aəsi”nə bildirib.
Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkmə Müəssisəsində effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq bu addımı atıb.
Onun sözlərinə görə, Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir. Vəkilin iddialarına görə, dəfələrlə müraciət olunmasına baxmayaraq, C. Hacıyev nə Penitensiar Xidmətin tibb müəssisəsinə, nə də koloniyanın tibbi-sanitariya hissəsinə köçürülüb, həmçinin son günlər Hacıyevə yaxınlarının gətirdiyi dərmanları soyuducuda saxlamağa icazə verilməyib. Vəkil bildirib ki, Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum edib. O və daha 7 nəfər sui-istifadədə, böyük ziyan vurmaqla fırıldaqçılıqda, mənimsəmə və israfda, vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət verməkdə təqsirli biliniblər.
2018-ci il dekabrın sonlarında Baş Prokurorluq Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması, vergi ödənişindən yayınma və s. maddələrlə yeni iş üzrə ittihamlar irəli sürüldüyünü bildirib. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs cəzasına 1,5 il azadlıqdan məhrumetmə cəzası əlavə edib.
2020-ci ilin fevralında isə Bakı Apellyasiya Məhkəməsi qanunvericilikdə CM-in 179.3 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan cəzanın yüngülləşdirilməsi ilə əlaqədar Hacıyevin həbs müddətini 3 ay azaldıb.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar