Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İdarə rəisini söydü: Həbs olundu

Tarix: 01-05-2024 20:41     Baxış: 3269 A- / A+



Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Ağcabədi Suvarma Sistemləri İdarəsində rəis və müavinini söyən fermer həbs edilib. 
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Ağcabədi rayonunun Qaravəlli kənd sakini Cəfər (şərti ad) əkin sahələri susuz qaldığı üçün məhsulu yararsız hala düşüb. Cəfər buna etiraz etmək üçün Ağcabədi Suvarma Sistemləri İdarəsinə gedib. Əkin sahəsinə su fasilələrlə və gec-gec verildiyi üçün öz etirazını idarənin rəisi və müavininə bildirib. 
Daha sonra fermer əsəbiləşərək Suvarma Sistemləri İdarəsinin rəisi və müavininin ünvanına nalayiq ifadələr işlədib. O, şikayət əsasında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və beş gün müddətinə inzibati qaydada həbs edilib. Həbs müddəti 30 aprel 2024-cü il tarixdən hesablanıb. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar