Xəbər lenti
Azərbaycanlı milyarder yeni şirkətlər yaradır

Teymur Əhmədov adına "AzNar” QSC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Manevr.az xəbər verir ki, yığıncağın iyunun 14-də keçirilməsi nəzərdə tutulub.
Növbəti illik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
- "AzNar” QSC-nin 2023-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi.
- "AzNar” QSC-nin 2023-cü maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.
- "AzNar” QSC-nin restrukturizasiyası və yeni törəmə cəmiyyətlərinin, təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirəsi.
Qeyd edək ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur. "AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.
Teymur Əhmədov adına "AZNAR” QSC "Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.iqtisadiyyat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar