Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

"Artistlərimiz açıq-saçıq geyimləri ilə min hoqqadan çıxır..." - Novella Cəfəroğlu

Tarix: 29-04-2024 18:40     Baxış: 3217 A- / A+

Sosial şəbəkədə açıq-saçıq geyinən bir qızın alış-veriş edərkən geyiminə görə mağazadan qovulduğunu əks etdirən video yayılıb. Görüntü artıq iki gündür ki, müzakirələrə səbəb olub.

Bəs görən, bir qadını geyiminə görə ictimai yerdə aşağılamaq nə qədər doğrudur?

Manevr.az bildirir ki, bakupost.az-ın sualını Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novelle Cəfəroğlu cavablandırıb: “Hər bir insanın özünün geyinmək hüququ var. Geyim məsələsi qadının özündən, ailəsindən asılıdır. Burda qızı mağazadan qovmaqla iş bitmir. Məsələ ondadır ki, televiziyalarda artistlərimiz açıq-saçıq geyimləri ilə min hoqqadan çıxırlar. Bizim gənclərimiz də bunu onlardan götürürlər. Amma ailələrdə tərbiyə məsələsi qaldırılmalıdır və mentalitetimizə uyğun geyinmək lazımdır. Bu gün cəmiyyət elə bir vəziyyətdədir ki, geyimə görə boşanmalar artır, ərlə arvadın sözü çəp gəlir. Ailələrin çoxunda qızlar özlərini sərbəst aparmaq istəyirlər. Bunun üçün də bu məsələlər ailə daxilində həll olunmalıdır. Geyiminə görə qızı ictimai yerdən qovmağa heç kimin haqqı yoxdur.

Bu problemləri mətbuat olaraq sizlər ictimailəşdirməlisiniz. Əgər ailədə necə geyinməsiylə bağlı qıza tənbeh yoxdursa, cəmiyyətdə bu cür hallarla rastlaşacağıq. Mən şəhərə çıxanda görürəm ki, gözəl qızlar var, amma dodaqlarını, arxalarını şiridib gəzirlər. Axı sən gözəl qızsan, niyə indidən bu cür əməliyyatlar etdirirsən? Çünki bugünkü dəblə ayaqlaşmaq istəyir. Ona görə də ailələr buna nəzarət etməlidir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar