Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Flora Kərimova plastik cərrahı məhkəməyə verib

Tarix: 29-04-2024 10:15     Baxış: 3327 A- / A+


Flora Kərimova plastik cərrahı məhkəməyə verib
Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.
Manevr.az "Unikal"a istinadən xəbər verir ki, məhkəmə prosesi mayın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, F.Kərimova ilə S.Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevralda başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və müğənninin iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilib.
Qeyd edək ki, S.Heydərova sosial şəbəkə hesablarında özünü plastik-cərrah kimi tanıdıb və 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar