Xəbər lenti
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama

"Azərbaycanın mülki əhalisi, demək olar ki, hər gün Ermənistan tərəfindən yerləşdirilmiş milyonlarla mina ilə üzləşir”.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” hesabında yazıb.
Bildirib ki, 2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərər çəkib.
Qeyd edib ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb ki. Həlak olanları 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.
Qeyd olunub ki, ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.
H.Hacıyev xatırladıb ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar