Xəbər lenti
"Qaraca qız": "Ən çox qonorarı mən aldım"
"Qaraca qız" filminin "Xədicə"si Leyli Axundova bildirib ki, hazırda həmin xanımla heç bir əlaqəm yoxdur. Təəssüf ki, onu itirmişəm, münasibətim qalmayıb. Bəzən məndən soruşurlar ki, Leyli xanım, sizin fəxri adınız var? Deyirəm ki, heç nəyim yoxdur. Hər kəs bu filmin adını eşidən kimi tərifləyir. İndi belə kino çəkən var ki?! Mən həmişə fəxr edirdim ki, o filmdə çəkilmişəm", - deyə o bildirib.
Leyli xanım deyir ki, filmdə digər uşaqların çəkildiyini öncədən bilməyib.
"Mən heç bilmirdim ki, filmdə başqa hansı rollar var. Bir onu bilirdim ki, məni parkda gördülər, atam icazə vermədi çəkilməyə və biz çıxıb getdik Rusiyaya istirahətə. Sonra onlar bildilər ki, atam rəssamdır. Ona görə də Rəssamlar İttifaqından atamı tapıb, teleqram göndərdilər. Çəkilişlər başlamışdı, dayım dedi ki, rejissor Leylini gözləyir. Atam o qədər deyindi ki. Mənə demişdilər ki, rejissor üçün şeir deyərsən. Şamil Mahmudbəyov şeir deməyə qoymadı, dedi ki, görmürsünüz ki, bu "Xədicə"dir?" - deyə o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar