Son vaxtlar Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir neçə il öncəyə kimi Abşeronda mənzil və həyət evi satışında "liderlərdən" olan Xırdalan şəhərində hazırda tam əks tendensiya hökm sürür. Vəziyyəti tam müşahidə çetmək üçün mənzil satışı ilə məşğul olan bir neçə saytı ziyarət etmək kifayətdir. Üstəlik, bu cür evlər bazar dəyərindən olduqca ucuz qiymətə təklif olunur.
Bəs Xırdalanda evlərin kütləvi formata satılmasının əsas səbəbi nədir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Xırdalandakı vəziyyət tıxac və digər faktorlardan daha çox evlərin sənədsiz olması ilə bağlıdır:
Xəbər lenti
Bakının 7 kilometrliyində ucuz evlər kütləvi satışa çıxarıldı
Ekspert Azərbaycanda ev məsələsinə yanaşmanın xaricdən fərqli olduğunu vurğulayıb:
"Müşahidələr göstərir ki, Azərbaycanda insanlar mənzil alarkən komunal infrastruktura ən axırıncı məsələ kimi baxır. Bizdə evlərə yaşayış yeri kimi baxılmır. Məsələn, avropalılar evə belə baxırsa, bizdə mənzil sahibi olmaq demək olar ki, vacibiyyat və həyat tərzidir. Hətta bizdə evi olmayan oğlana qız vermirlər. Bu nöqteyi-nəzərdən insanlar ev məsələsinə ciddi yanaşdıqlarından, sənədsiz evlərini satıb, hökmən sənədləri qaydasında olan ev almaq istəyirlər. Bu təkcə Xırdalanda deyil, paytaxtın bir sıra fərqli ərazilərində də belədir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar