Bir professor gənc tələbəyə aşiq olub, bunu həyat yoldaşına danışıb və səkkiz illik evliliyi məhv edib. Bu barədə onun həyat yoldaşı Reddit forumunda danışıb.
Xarici media xəbər verir ki, 35 yaşlı istifadəçi bildirib ki, onunla həmyaşıd əri ilə tibb kollecində tanış olub. Onlar səkkiz il əvvəl bir-birini sevərək evləniblər və dörd il əvvəl onların bir qızı olub. Daha sonra qadının əri professor olub və onun əvvəllər oxuduğu kollecdə dərs deməyə başlayıb.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrında həmin təhsil ocağında işləyən rəfiqəsi Sara onunla əlaqə saxlayıb. Rəfiqəsi deyib ki, ərinin tələbələrindən biri ilə flört etdiyini görüb.
Həmin axşam o, Saranın sözlərini ərinə çatdırıb, ümid edib ki, əri onları təkzib edəcək. Lakin bunun əvəzinə kişi başını aşağı salıb və 25 yaşlı tələbəyə həqiqətən romantik hisslər keçirdiyini etiraf edərək üzr istəməyə başlayıb. “Onu başımdan çıxara bilmirəm. Çalışdım, inan. Sənə əvvəldən deməliydim. Ancaq münasibətimizi xilas edə biləcəyimi düşündüm, çox istəyirdim” deyib.
Kişi həmçinin əmin edib ki, arvadını aldatmayıb və heç vaxt universitetdən kənar tələbə ilə görüşməyib. Buna baxmayaraq, hadisə qadını çox incidib və o, ərindən ayrılmaq qərarına gəlib. Hazırda qadın qızı ilə valideynləri ilə birlikdə yaşayır. O, əri üçün darıxdığını, ərinin üzr istəyərək geri dönməsini istədiyini etiraf edib. “Ancaq o, heç qayıtmadı. Bəzən qızımızla vaxt keçirmək üçün gəlir, amma bu qədər” deyə qadın bildirib.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar