Xəbər lenti
Bu dərmanlarla bağlı qadağa ləğv edilir

Qanuna dəyişiklik qəbul olunacağı halda "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İsgəndərov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.
O qeyd edib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir.
Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar