Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yevlaxda körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Tarix: 23-04-2024 12:59     Baxış: 3184 A- / A+


Yevlaxda körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Yevlax rayon prokurorluğundan verilən məlumata görə, Yevlax rayon Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı 2020-2024-cü illlərdə bağçanın maddi bazası imkan vermədiyi halda əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə əməkhaqqı ödənilməsi, ərzaq məhsullarının əsassız olaraq məxaricə silinməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar