Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Tarix: 22-04-2024 22:52     Baxış: 4129 A- / A+
Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, S.Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub. O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.

Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək altı min manat alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərovaya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə yeddi il həbs cəzası verilib.

Bundan başqa S.Əkbərovaya qarşı mülki iddia da təmin edilib.

Hökmdə ondan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar