"Əliyevin bu gün Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutur".
Manevr.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bunu öz sosial şəbəkə hesabında Azərbaycan Prezidentinin Rusiya paytaxtına səfərini şərh edərkən bildirib.
Ekspert mühüm hadisələri aşağıdakı qaydada sıralayıb: "Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir; Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir; Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir".
Xəbər lenti
“Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir" - Ekspert

Siyasi şərhçi qeyd edib ki, 4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir: "Hərçənd, razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi - xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Ki, bu həm də SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər. Ümumilikdə Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar