Xəbər lenti
Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq- Bunları edin...

Bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqnit dalğaların təsiri Kp 4 səviyyəsinə qədər yüksələcək ki, bu da zəif geomaqnit qasırğası deməkdir.
Xidmətin saytı qasırğa nəticəsində bəzi insanlarda baş ağrısı, yuxusuzluq, halsızlıq və gərginliyin ola biləcəyini yazır.
Laboratoriyanın mütəxəssisləri Günəşdə 18-21 aprel tarixlərində X səviyyəsində partlayışların baş verdiyini qeyd edirlər. Bu partlayışlar Yerə də təsirsiz ötüşməyəcək. Bu təsirin xüsusilə cümə və şənbə günlərində daha da artacağı proqnozlaşdırılır.
Nevroloqlar Yerdə müşahidə olunan geomaqnit qasırğalarının yeni doğulan körpələr və yaşlı insanlar üçün təhlükəli ola biləcəyini söyləyirlər.
"Qeyri-sağlam qidalanan və yuxu rejiminə riayət etməyən şəxslərin orqanizmində müavimət aşağı olur. Sinir sistemi bu və ya digər səbəblərdən oyanıq olan şəxslərə geomaqnit qasırğası daha pis təsir edir", - deyə məlumatda qeyd edilir.
Həkim-kardioloq Yuri Konev geomaqnit qasırğasının təsirini azaltmaq üçün həssas insanların daha çox maye qəbul etməli olduqlarını söyləyir: "Günəşdəki partlayışlar insanda əsasən qan dövranına mənfi təsir edir. Ona görə bu günlərdə daha çox su qəbul edərək qan dövranımızı sabit saxlaya bilərik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar