Xəbər lenti
Akif Çovdarovun 30 milyonluq əmlakı barədə qərar
Manevr.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla, 30 milyonluq əmlakı yenidən müsadirə edilib.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar