Xəbər lenti
Anlaqsız - dəli...
KƏRAMƏT
....həyat da özü özünü izah edəndi; yəni yaşanmışların üzərinə inşa edildiyindən yaşanmışların ortaya qoyduğu tarixi təcrübə və "ola bilər"lik, sıçrayışlar.
Söçramaq üçün də ayaqlarının altı-fundament gərək. Elimin, Sənətin də yaranışı belə, yaşayışı belədi.
Heç nə heçdən var olmayıb, heç nəyi heçdən var etmək mümkün olmadığı kimi.
Bütün müqəddəs kitablar özünəqədərki varoluşun MƏCMUSU, Yaşamın şərtləri , Ana Yasası-Konstitusiyasıdı , əlbəttə , dövrünə görə. Orda ilişib qalan ölkələr müasirliyin gətirdiyi irəliləyişdən uzaq düşdüklərindən uduzurlar; hər sahədə, anlamda..nə isə...
Qoy bizim qaragünlü bədiyyatımız haqqında da bir-iki kəlmə deyim.
Ədəbiyyat şəxslər üzərində qurulamaz,-bunu dilə gətirmək belə, indiki bədii düşüncə üçün utandırıcı, qəbulolmaz, yaşanabilməzdi.
Nəticə nəyə gətirib çıxarıb? Hamı susqun, bir əsər belə müzakirə olunmur, çünki müzakirənin şərtləri var, konkret ortada öydüyün-söydüyün bədi nümunənin "TƏNQİDDƏN DƏ AŞAĞI" (Əli Kərim) olmarığı, kriterləri müəyyənləşməlidi öncə...
Nə gərək? Ortadakı ƏSƏR olmalı və müzakirəçilər Ədəbiyyatı bilməli, önyarğısız, tərəfsiz, ədalət tərəzisini əyməməli. Deyəsən, nağıl danışıram axı, indiki ədəbi mühitin havasında. Olsun.
İndiyə qədərki hərhansı bədii düşüncənin dövriyyəyə buraxılması təkraristehsaldı. Bir də oğurluq baş alıb gedir.
Özünün də anlamadığını təqdim edir-Bu anlaqsızlıqdan o yana şeydir, korlar şəhəri deyil ədəbiyyat, xanım əfəndilər, bəy əfəndilər.
Hər hadisə özündən əvvəlkiylə izahını tapır, yeniliyini də, ordan-burdançılıqla yenini yarada bilməzsən, sistemli, fundamental bilgi və duyğu birikdirməlisən. Elmin, Sənətin, İqtisadiyyatın; bir sözlə, həyatın hər sahəsi.
NƏ ŞƏXSİ İSTƏKLƏRİM VAR, NƏ DƏ BİRİNƏ YÖNƏLİK DÜŞÜNCƏM.
Amma, adına yazıçı, alim, ziyalı deyilən ZAD , heç olmazsa, ÖZÜYLƏ BAŞ-BAŞA QALANDA SƏMİMİ, ƏDALƏTLİ OLSUN GƏRƏK.
İzahı olmayan Anlaqsız dəlidi indiki ədəbiyyatımız və dəlilər dəli toplumu yaratmaqda özlərini ağıllı sayır.
Gülməkçin deyim ki, bir-iki tanıdığım vardı; uzun müddət dəlixananın baş həkimiydi. İldə-iki ildə bir dəfə görüşəndə, görürdüm ki, dəlilənib. Uzun müddət eyni yerdə işləmək, qalmaq ruhi pozuntu gətirir.
Siz dəlixananın baş dəlisi olmağamı çalışırsız?
Dəlixanada kitab təqdimatı...mən də keçirmişəm...bəy tərifi...nəyə gərək ki...
Fotolara baxın...tanımırmış kimi, sonra mülahizə yürüdün.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar