Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi

Tarix: 11-04-2024 09:56     Baxış: 3352 A- / A+
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər.
Manevr.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluğun məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə ölkəyə 4 milyard tengedən (8,9 milyon ABŞ dolları-red) çox ziyan dəyib.
O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib. Sonralar Azərbaycan ərazisində aşkar edilib.

Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Təqsirləndirilən cinayəti törətməyə görə əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib."Report”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar