Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Gəlin toy günü təndirin başına dolanıb, təndir əyəsindən nə istəyirdi? - VİDEO

Tarix: 10-04-2024 09:37     Baxış: 4109 A- / A+

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” adlı veriliş hazırlanıb.
Manevr.az xəbər verir ki, verilişdə Ağbaba mahalının adət-ənənələri, toy mərasimləri, inancları, geyim və xalçaçılığı, folkloru, irsi, yaşam tərzi, deyim və duyumları, ağız ədəbiyyatı araşdırılıb.

Bildirilib ki, Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşir, qoruyucu Təndir əyəsi inancının əlamətlərinə görə gəlin toy günü təndirin başına dolanıb, təndir əyəsindən izn istəyir. Gəlin gərdəyində, geyimində, eləcə də xalçada olan damğalar sanki qoruyucu rolu oynayır. Gəlin geyiminin formasında qurd ağzı element olur. Bunun mənası odur ki, gəlin geyiminin ətəyi qurd ağzı biçimində olmasa, onun xoşbəxt olma ehtimalı azalır.
Verilişdə Ağbaba və Şörəyel elinin birgə yaratdığı Amasiya türk gələnəyi, oğuz-türk yaşam tərzini, adətini və deyimlərini qoruyan oğuz türklərinin adətləri, Amasiyada, Ağbaba, Şörəyeldə ağız ədəbiyyatını yaşadılması, türk adətləri, deyimləri və duyumları ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
Sonda folklorşünas Tacir Səmimi Ağbaba türklərinin qəribə türkü və nəğmələrinin sirli mənasından, Qafqaz və Anadolu adətlərini ilə yoğrulmuş Ağbaba folklorundan, burada yaşayan türklərin parçalanmış taleyi və böyük mədəni irsindən söz açır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar