Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ səfiri Şəkini, Qubanı gəzir: Bəs, Şuşaya niyə getmir?

Tarix: 06-04-2024 23:04     Baxış: 3150 A- / A+
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin ölkəmizə təyinatından təxminən 4 ay keçsə də, amerikalı diplomatın həyat yoldaşı ilə birgə az qala gəzmədiyi yer qalmayıb: Lənkərandan Şəkiyə qədər hər yerdə olub, bu gün də Beşbarmaq dağından paylaşım edib. Azərbaycanda çalışan səfirlərdən heç birinin Libbi qədər ölkəmizi şimaldan cənuba, qərbdən şərqə səyahət etdiyini xatırlamıram.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Libbinin bu səfərlərini və milli mətbəximizə verdiyi qiyməti müsbət dəyərləndirir:

“ABŞ səfiri Şuşaya səfər edib Qarabağın qədim tarixi ilə tanış olarsa, o zaman azərbaycanlıların yüksək qiymətini alacaq.
ABŞ və Qərb ölkələrinin səfirlərinin Şuşaya səfər etməməsinin səbəbləri haqqında çox yazılıb. ABŞ səfirinə “Şuşaya niyə səfər etmirsiniz” sualını verdikdə yəqin Dövlət Departamentinin icazəsinin olmadığına istinad edəcək. Yəni deyəcək ki, Dövlət Departamentinin icazəsi lazımdır. Deməli, Dövlət Departamenti səfirin Şəkiyə, Lənkərana, Qubaya səfərlərinə icazə verir, Şuşaya səfərinə isə icazə vermir. Şuşanın Azərbaycanın digər şəhərlərindən fərqi nədir? Əslində səfir ölkəsinin Azərbaycanla əlaqələrinin güclənməsini istəyirsə, Şuşaya və Qarabağın digər şəhərlərinə səfərlərinin vacibliyini yazılı hesabat formasında Dövlət Departamentinə izah etməlidir. Bütün hallarda, gec və ya tez, ABŞ-ın hazırki və ya gələcək səfirinin Şuşaya səfər edəcəyinin şahidi olacağıq”. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar