Xəbər lenti
Sərkisyan yenidən aktivləşdi, mesaj verdi – Xocalı qatili hakimiyyətə qayıdır?
Ermənistanın sabiq prezidenti Serj Sərkisyan son günlər aktivləşib. Onun ard-arda verdiyi açıqlamalar Azərbaycan cəmiyyətində də diqqət çəkir.
Serj deyib ki, “Ermənistan vətəndaşları hakimiyyəti dəyişmək üçün konkret addımlar atmağa hələ hazır deyil”.
“Mən hakimiyyətdən gedəndən sonra da insanları konkret addımlara hazırlamaq üçün əlimdən gələni etmişəm. İnsanlar küçələrə çıxıb hökumətin istefasını tələb etməyə hazır olan kimi, bu mübarizənin liderinə çevriləcəklər. Ola bilər ki, indi müəyyən ümidsizlik var. Amma xalq hərəkətə hazır olmalıdır. Baxmayaraq ki, Paşinyan bu gün də baş nazir kürsüsündə qalmaq üçün hər şeyi edir”, – Sərkisyan vurğulayıb.
Onun bu istiqamətdəki fəaliyyəti Ermənistana ciddi siyasi qarşıdurma vəd edirmi? Paşinyan-Sərkisyan toqquşması gözlənilirmi? Ən əsası, o, sülh prosesini poza bilərmi?
Politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanda S.Sərkisyan personasına diqqətin xüsusi olması başadüşüləndir
“Bu cinayətkar vaxtilə Xocalıda soyqırımı törədən şəxslərdən biridir. Özü də o bunu fəxrlə dilə gətirən bir tipdir. Onun son dövrlər verdiyi ardıcıl açıqlamalara gəldikdə isə deyə bilərəm ki, bunlar daha çox Ermənistanın daxili auditoriyasına hesablanıb.
Bu cinayətkar hazırda bir çox şeydə Nikol Paşinyanı ittiham edərək Ermənistanın mövcud vəziyyətini onunla əlaqələndirir. Halbuki Ermənistanın içində olduğu vəziyyətin memarı məhz Serj Sərkisyan və onun kimilərdir. Ermənistan cəmiyyətində bu yaxşı bilinir.
Serj Sərkisyan və ətrafındakıların bundan sonra Paşinyana qarşı ciddi bir təhdid yaratmasını, ya da onu devirməsini düşünmürəm. Sərkisyan-Köçəryan cütlüyünə Ermənistan cəmiyyəti iki seçkidə etimad göstərmədi. Hətta Paşinyana verilən səslərin çoxluğu mövcud erməni cəmiyyətinin kimi istədiyini göstərir”. globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar