Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mindən yox, o birdən qorxuram!

Tarix: 06-04-2024 20:12     Baxış: 3568 A- / A+


***

Yalandan yox, doğrudan qorxuram,
Coşqundan yox, susqundan qorxuram,
Nadandan yox, Şeytandan qorxuram,
Yamandan yox, İmandan qorxuram!

Candan yox, qandan qorxuram,
Səhradan yox, tənhadan qorxuram,
Qaranlıqdan yox, Zülmətdən qorxuram,
Nəhayətdən yox, Axirətdən qorxuram!

Çovğundan yox, buzdan qorxuram,
Azğından yox, çaşqından qorxuram,
Acdan yox, toxdan qorxuram,
Oğrudan yox, Sorğudan qorxuram!

Qüvvədən yox, ətalətdən qorxuram,
Bərkdən yox, boşdan qorxuram,
Daşdan yox, kəsəkdən qorxuram,
Vurdan yox, Surdan qorxuram!

Bəhsdən yox, nəfsdən qorxuram,
Fildən yox, əqrəbdən qorxuram,
Quzğundan yox, qarğadan qorxuram,
Bu gündən yox, O Gündən qorxuram!

Yaddan yox, qohumdan qorxuram,
İlandan yox, çayandan qorxuram,
Zəhərdən yox, qəhərdən qorxuram,
Şirdən yox, Şirkdən qorxuram!

Nahaqdan yox, haqdan qorxuram,
Artıqdan yox, Əskikdən qorxuram,
Qəflətdən yox, Qeybətdən qorxuram,
Сəbrdən yox, Hesabdan qorxuram!

Bilmirəmdən yox, Zəndən qorxuram,
Zalımdan yox, Böhtandan qorxuram,
Tərsdən yox, nəhsdən qorxuram,
Ölümdən yox, Ölçüdən qorxuram!

Qədərdən yox, Nəzərdən qorxuram,
Naqisdən yox, faizdən qorxuram,
Tənqiddən yox, tərifdən qorxuram,
Qəmdən yox, Sələmdən qorxuram!

Seldən yox, feldən qorxuram,
Əcəldən yox, dəccaldan qorxuram,
Nağddan yox, nisyədən qorxuram,
Sağdan yox, Soldan qorxuram!

Öldən yox, ən çox Oldan qorxuram,
Qılıncdan yox, Düyündən qorxuram,
Cəhalətdən yox, Bidətdən qorxuram,
Mindən yox, O Birdən qorxuram!


Rahim Daşdiyev
Quran ayələri əsasında 2 Elmi Kəşf
müəllifi, k.e.d., prof., ATEA akademiki
 dashdiyev51@gmail.com




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar