Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Alın qamışlara verin, məni...insan əlindən" - KƏRAMƏT

Tarix: 06-04-2024 09:51     Baxış: 3204 A- / A+
KƏRAMƏT

T/V-LƏR ZİBİL QUTUSU DEYİL Kİ...nümunəsə, daha çox çürümüş.
Hər cəmiyyətin artıqları, çürümüşləri, vaxtı keçmiş zərərli duyğu-düşüncələri arındırılıb zibil qabına atılar...bizdəsə, təbliğ olunur, hələ bu zibil qutuları illərdi adamları zəhərləyir öz üfunətiylə, hamımız da ƏLACSIZ seyrçilər., əvvəllər burnumuzu tuta-tuta gəzərdik, indi "Oxqay" deyib çəkirik ciyərlərimizə....
 Elə bizim ədəbiyyat da bir az aşağı-yuxarı eyni gündədi. Boğuluruq bu üfunətdə və sonra öyrəşirik bu havaya -zibilə, və tərifləyirik zibilin daha çox zibil olanının. 
ZİBİLLƏNMƏK YARIŞINA GİRİRİK Kİ, KİM DAHA ÇOX ZİBİLLƏNSƏ MÜKAFATLANACAQ, İŞLƏRİ XOD GEDƏCƏK. 
Hamımız eyni havanı uduruq. Biz tullantı duyğu-düşüncələrlə bəslənirik, daha doğrusu zorən o P...-u bizə yedizdirirlər (buradakı P...işarəsi Anarın bir romanıbdan qalıb yadımda).
Bu zibilqutularına baxma, sarsaq-sarsaq gəvəzəlik ədəbi nümunələrdən vaz keç, seyrəlsin normal düşüncəli adamlar, sərgidə, hər işin başında ,əsasən, əxlaq-qanun tanımayan başıxarabları gör və baş götürüb hara gedəcəyini də bilmə.
Bu ikiayaqlılar yığıntısının yaratdığı ölüm cazibəsinin olmasından olmaması yaxşıdı....Bu yerdə Ç. Bukovskinin, -Yerüzü insansız qalsaydı, HEÇ NƏ İTİRMƏZDİ,-buna bənzər fikrini xatırlayıram. 
İNSAN DA ÖZ HƏYATINA NİFRƏT HƏDDİNƏ ÇATDIRILARMI?

Bu, nəyin nəsidi. Heyvani-meşşan ehtirasları doymayan bir ovuc-qrup elə bilir ki, o zibilqabının qonşuluğunda yaşamır....ta bilmir ki, içində-göbəyindədir, hələ yağlı yerindən yeyir, havasını udur...
Heç kitablarımda da getməyən bir şerim yadıma düşdü...yəqin 1989-90-cı illər olardı rəhmətlik Akif Səməd APİ-nin qəzetində işləyirdi və Akifgilin kəndində toyda demişdim, xoşuna gəlib qəzetdə də vermişdi, hələ özü də mənə ithafən bənzər şeir yazıb həmin qəzetdə çap elətdirmişdi...
Mövzuya uyğundu deyən xatırladım.
                        
İNSAN ƏLİNDƏ

Ağacların, çiçəklərin
Qanı insan əlində.
Heç bilmir ki hara getsin
Tanrı insan əlindən.

Yer ayrılsın, yerə girim
Dünyaya ot kimi gəlim
Çeşid-çeşid, rəng-rəng ölüm
Bəni-insan əlində.

Gözlərdə yaşlara verin,
Yuvasız quşlara verin.
Alın ...qamışlara verin
...məni insan əlindən.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar