Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu valideynlər hər ay 395 manat ala bilər - Video

Tarix: 05-04-2024 12:52     Baxış: 3196 A- / A+
Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb. Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir.
Manevr.az Baku TV-yə istinadla xəbər verir ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb.
Hələlik isə 10 uşaq himayədar ailəyə verilib.
Bəs himayədar ailə üçün tələblər nədir?
Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib ki, himayədar ailə müraciəti üçün elektron altsistem yaradılıb:
“Vətəndaşlar notarial qaydada elektron ərizə almaqla, şəxsi kabinetlər açmaqla himayədar ailəyə müraciət edirlər. Onların müraciəti bizdə göründükdən sonra müsahibə və müayinələr başlayır. Bunlar bitdikdən sonra himayədar ailələr təlimlərə cəlb olunurlar. Bir aydan sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Hazırda müraciətlərin sayı az, uşaqların sayı çoxdur deyə uyğunlaşma asan gedir”.
Qeyd edək ki, himayədar ailə layihəsinin qəyyumluqdan bir fərqi də subay və dul şəxslərə də 18 yaşına qədər saxlamaq üçün uşağın verilməsinə şəraitin yaradılmasıdır. Həmçinin həmin şəxslərə müavinət veriləcək.
“0-18 yaş arası sağlam uşaqları götürənlər dövlət tərəfindən müavinət əldə edirlər. Müavinət 355-395 manat arasıdır. Bu da uşağın yaşından asılıdır. Məsələn, 0-6 yaş arası uşaqlara 355 manat, yaşı daha çox olan uşaqlara isə 395 manat müavinətin verilməsi nəzərdə tutulub. Əlilliyi olan uşaqlar üçün isə 395-430 manat müavinətin verilməsi nəzərdə tutulub”, - deyə departament müdiri qeyd edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar